Saytların hazırlanması Bakıda – 7 günə qiymət təklifi
Biznesiniz üçün peşəkar veb sayt hazırlanması və modern dizayn
Bakıda bizneslər üçün sürətli və SEO uyğun veb saytlar hazırlayırıq. 7 günə təhvil, real layihələr, texniki dəstək və idarəetmə paneli.
- Mobil uyğun: bütün cihazlarda ideal görünüş
- Sürətli açılış: optimallaşdırılmış kod + WebP şəkillər
- SEO texniki baza: struktur, meta, schema, daxili linklər
- Təhlükəsizlik: SSL, form qorunması, spam filtri
- İdarəetmə: rahat admin panel (xidmət/blog/SEO)
Ideas Creative saytların hazırlanması sahəsində uzun illərin təcrübəsinə malik komandadır. Hər layihədə müasir dizayn, funksionallıq və istifadəçi təcrübəsi əsas planda tutulur. Hazırladığımız veb saytlar mobil və masaüstü cihazlarda tam optimallaşdırılmışdır. SEO standartlarına uyğun sayt hazırlanması sayəsində saytınız axtarış nəticələrində daha görünən olur. İstənilən sektora uyğun, fərdiləşdirilmiş və SEO optimizasiyalı saytlar yaratmaq bizim əsas prioritetimizdir.
Sayt hazırlanması prosesi (7 günə)
İşi sistemli edirik: qısa müddətdə təhvil + stabil nəticə.
- Brief & analiz: məqsəd, səhifələr, rəqib və kontent planı
- Dizayn: əsas ekran + mobil uyğun quruluş
- Development: sürətli, təhlükəsiz və təmiz kod
- Admin panel: xidmətlər, blog, şəkil, SEO meta idarəsi
- SEO quraşdırma: meta, schema, sitemap, sürət optimizasiya
- Test & yayın: mobil test, form test, 404/301 yoxlanış
- Təhvil & dəstək: texniki dəstək və inkişaf planı
Sayt hazırlanması paketləri
Paket seçin — ehtiyacınıza uyğun funksiyalarla qiymət təklifi çıxaraq.
Başlanğıc
- 1–5 səhifə (landing/korporativ)
- Mobil uyğun dizayn
- Basic SEO (title, description, schema)
- Əlaqə forması
Biznes (ən çox seçilən)
- 5–12 səhifə + xidmət bölmələri
- Admin panel (kontent idarəsi)
- Sürət optimizasiya + WebP
- Texniki SEO (sitemap/robots/daxili link)
Premium
- Unikal UI/UX dizayn
- İnteqrasiyalar (CRM, WhatsApp, analytics)
- Konversiya yönümlü landing-lər
- Geniş texniki dəstək
Hansı saytları hazırlayırıq?
Hər layihə hazır şablon yox, biznesin məqsədinə uyğun quruluşla başlayır.
Korporativ saytlar
Şirkət, xidmətlər, komanda, layihələr və əlaqə səhifələri — brendin internetdəki rəsmi üzü. Çoxdilli (AZ/EN/RU) quruluş və idarəetmə paneli ilə.
İnternet mağazaları
Məhsul kataloqu, filtrlər, səbət, sifariş idarəsi və onlayn ödəniş inteqrasiyası. Məhsul səhifələri axtarış sistemləri üçün ayrıca optimallaşdırılır.
Landing (satış) səhifələri
Bir xidmət və ya kampaniya üçün müraciət toplamağa yönəlmiş, sürətli açılan səhifələr — reklam trafiki üçün ideal.
Portallar və elan saytları
İstifadəçi qeydiyyatı, elan / məzmun əlavə etmə, axtarış, moderasiya və şəxsi kabinet olan böyük sistemlər.
Veb tətbiqlər və idarəetmə sistemləri
CRM, rezervasiya, hesabat və daxili proseslər üçün fərdi sistemlər. Ətraflı: proqramların hazırlanması.
Mövcud saytın yenilənməsi
Köhnəlmiş dizaynın, yavaş açılan və mobilə uyğun olmayan saytın yenidən qurulması — axtarış mövqelərini itirmədən (301 yönləndirmələrlə).
Sayt hazırlanmasının qiymətinə nə təsir edir?
Qiymət sabit cədvəldən yox, layihənin həcmindən hesablanır. Əsas amillər:
- Səhifə və bölmə sayı — landing, korporativ sayt və ya çoxbölməli portal
- Funksionallıq — onlayn ödəniş, şəxsi kabinet, rezervasiya, kalkulyator, inteqrasiyalar (CRM, API, WhatsApp)
- Dizayn — hazır üslubun uyğunlaşdırılması və ya sıfırdan unikal UI/UX
- Dil sayı — bir dil və ya AZ / EN / RU
- Məzmun — mətnləri siz verirsiniz, yoxsa biz hazırlayırıq
- SEO və dəstək — texniki SEO baza hər layihəyə daxildir; davamlı SEO və texniki dəstək ayrıca razılaşdırılır
Sayt sifarişindən əvvəl nələri hazırlamaq lazımdır?
Bunlar hazır olduqda iş daha sürətli gedir (hazır deyilsə, birlikdə hazırlayırıq):
- Saytın məqsədi: müraciət toplamaq, satış, məlumat və ya brend tanıtımı
- Bəyəndiyiniz 2–3 nümunə sayt (rəqiblər və ya başqa sahələrdən)
- Logo, korporativ rənglər və şəkillər
- Xidmət / məhsul siyahısı və mətnlər
- Domen adı (yoxdursa, seçməkdə kömək edirik) və hostinq
Prosesin bütün mərhələlərini ətraflı oxumaq üçün: veb sayt necə hazırlanır — sıfırdan addım-addım bələdçi. 2011-ci ildən bəri hazırladığımız layihələrə işlərimiz bölməsində baxa bilərsiniz.
Tez-tez verilən suallar
Sayt sifarişi etməzdən əvvəl ən çox soruşulan suallar.
Sayt neçə günə hazır olur?
Layihənin həcminə görə dəyişir. Ən çox tələb olunan korporativ/landing saytlar adətən 7–10 gün ərzində təhvil verilir.
Qiymət necə hesablanır?
Səhifə sayı, funksiyalar, admin panel ehtiyacı, dizayn tələbi və kontent həcminə görə hesablanır. Qısa brief ilə dəqiq təklif çıxarırıq.
SEO daxildirmi?
Bəli. Texniki SEO baza (struktur, meta, schema, sitemap, sürət optimizasiya) daxildir. Əlavə olaraq SEO xidməti ayrıca paket kimi də təklif olunur.
Admin panel olacaq?
İstəyə görə. Biznes və Premium paketlərdə admin panel ilə kontenti (xidmət, blog, meta, şəkil) rahat idarə edə bilərsiniz.
Sayt mobil telefonlarda ideal işləyəcək?
Bəli. Responsive dizayn və test prosesi ilə Android/iOS cihazlarda uyğunluq yoxlanılır.
Digər xidmətlərimiz
Ideas Creative veb saytların hazırlanması, SEO xidməti, veb proqramların hazırlanması sahəsində peşəkar xidmətlər təklif edir.
-
01
Ən son texnologiyalardan istifadə edərək veb proqramların hazırlanması.
-
02
Saytların axtarış sistemlərin ilk səhifədə, ön sıralarda çıxması.
-
03
Saytların həcmlərinə uyğun hosting paketlərinin satışı.
Veb həllər
Bizim veb həllər istənilən sahəyə uyğun həm veb saytlar həm də avtomatlaşdırılmış sistemlər təklif edir.
- E-Commerce
- Turizm saytları
- Klinika saytları
- Təhsil və kurs saytları
- Daşınmaz əmlak saytları
- Karqo şirkətləri saytları
- Şirkət saytları
- Xəbər saytları
- Texnoloji saytlar
- SaaS sistemlər
- Sosial şəbəkə səhifələrinin avtomatik idarə olunması
- Elan saytları
- Və bundan başqa istənilən funksional saytların hazırlanması